Salaha həftəlik 500 min avro+3 illik müqavilə təklifi!
Məhəmməd Salah “Liverpul”la müqaviləsini uzatmağa hazırdır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Liverpul” rəhbərliyi misirli hücumçuya həftəlik 500 min avro maaşla 3 illik müqavilə təklif edib.
Yeni müqavilənin imzalanması aprel ayının əvvəlində elan edilə bilər.
Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin