Klopp: “Mən xoşbəxtəm”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun finalında “Çelsi” üzərində qələbəni şərh edib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, alman mütəxəssis xoşbəxt olduğunu bildirib:
“Mən xoşbəxtəm. “Çelsi” inanılmaz dərəcədə güclüdür. Biz bir-birimizə uyğun komandalarıq. Bizim bəxtimiz gətirdi ki, penaltilər seriyasında hesab xeyrimizə oldu”.
“Çelsi” ilə matçda 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” kubokun qalibi olub – 11:10.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin