“Üstünlüyümüz onda idi ki…” – Ayxan Abbasov

“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın ilk turunda “Qəbələ”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Abbasov 2:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, “Dinamo”yla oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardı. Bəzi səhvlər normaldı, çünki gənc futbolçularımız çoxdu. Sevinirik ki, “Sumqayıt” səfərdə ilk dəfə “Qəbələ”ni məğlub etdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button