“Yuventus”dan 7 aylıq cəza alan oyunçu ilə yeni müqavilə

“Yuventus” yarımmüdafiəçisi Nikolo Facoli ilə müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, mərc oynadığı üçün ötən ay 7 ay müddətinə futboldan uzaqlaşdırılan 22 yaşlı oyunçu ilə 2028-ci ilin yayınadək sözləşmə imzalanıb.

Xatırladaq ki, daha əvvəl oyunçunun meneceri Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf etmişdi. Facoli 2021-ci ildən Turin təmsilçisinin əsas komandasında çıxış edir. O, 2022-ci ildən İtaliya yığmasında oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button