Vinisius: “Bütün qaradərili insanlar üçün mübarizə aparacam”

“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior futbolda irqçiliklə mübarizədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bunun tamamilə aradan qaldırılması üçün mübarizəsini davam etdirəcəyini söyləyib:

“İrqçiliklə mübarizə aparmağa davam edəcəm. Gələcək nəsillərin bununla qarşılaşmamasını istəyirəm. Lazımi dəstəyi almayan bütün qaradərili insanlar üçün mübarizə aparacam”.

Braziliya millisi dünya çempionatının 1/16 final mərhələsində bu gün Yaponiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Vinisius dünya çempionatının qrup mərhələsində keçirdiyi 3 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button