Valverde: “Çempion deyilik”

“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 33-cü turunda “Real Sosyedad”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Bizim üçün vacib oyun idi. Çempion olmaq üçün 9 xallıq fərqi qorumalıyıq. Hamı danışır ki, biz artıq çempion olmuşuq. Ancaq biz hələ çempion deyilik. Son oyun bitənə qədər, heç nə bilinmir”.

“Barselona” 33 turdan sonra 77 xalla liderdir, ikinci pillədə isə 68 xalla “Atletiko” qərarlaşıb.