“Mançester Siti” Aqueroya əvəzləyici tapdı

“Sauthempton”un futbolçusu Denni İnqz mövsümün sonunda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu “Mançester Siti” klubunun “radar”ına düşüb. Bu barədə “Sky Sports” məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in yayda komandadan ayrılacağı gözlənilən Serxio Aqueronun əvəzinə İnqzi transfer etmək istədiyi bildirilib.

İnqz bu mövsüm “Sauthempton”la Premyer Liqada 22 oyunda 9 qol vurub. İngilis hücumçu daha əvvəl “Bornmut”, “Bernli”, “Liverpul” kimi klublarda çıxış edib. İnqzin “transfermarkt”da dəyəri 22 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button