“Real” türkiyəli futbolçunu transfer edə bilər

“Real” Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Arda Güləri transfer etmək istəyir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 18 yaşlı türkiyəli futbolçunun 17,5 milyon avroluq sərbəstqalma məbləği Madrid klubu üçün cəlbedici seçimdir.

Eyni zamanda, İspaniya klubu futbolçu üçün agentlik haqqının ödənişlərini azaltmağa çalışır. Bu da Ardanın keçidinin xeyli baha olmasına səbəb ola bilər.

Arda Gülər İstanbul təmsilçisinin yetirməsidir. 2022/23 mövsümündə “Fənərbaxça”nın heyətində 35 oyuna çıxıb, altı qol vuran və yeddi məhsuldar ötürmə edən futbolçu Türkiyə millisində də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button