PSJ-də Mbappe şoku

PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern” ilə ilk oyunu buraxa bilər.

Komanda.az “L’Equipe”-ə istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı hücumçunun Fransa çempionatının 21-ci turunun “Monpelye” ilə görüşündə zədələnməsi olub.

O, dizindən xəsarət alaraq 21-ci dəqiqədə əvəzlənib.

PSJ – “Bayern” cütünün ilk qarşılaşması fevralın 15-də Parisdə, cavab oyunu isə martın 9-da Münhendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button