“Neftçi” hücumçusunu satdı – Rəsmi
“Neftçi” hücumçusu Qodsvey Donyonu Kiprin “Apollon” (Limassol) klubuna satıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi ilə danışıqlar uğurla başa çatdırılıb.
Qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin