Messi tezliklə qərar verəcək

PSJ-nin hücumçusu Lionel Messiyə Səudiyyə Ərəbistanından 500 milyon avrodan çox maaşla müqavilə təklif olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “Cadena SER”-n məlumatına görə, ərəblərdən cəlbedici təklifə baxmayaraq, Messinin hələ də “Barselona”ya qayıtmaq ehtimalı yüksəkdir. Məlumatda deyilir ki, argentinalı futbolçu qərarını may ayında verəcək:

“Messinin “Barselona”ya qaytarılması mümkündür, baxmayaraq ki, ərəblər (“Əl-Hilal”) təklifi artırıblar, indi bu, ildə 500 milyon avronu keçib. Parisdəki təcrübə Messi üçün müsbət olmadı. Hər kəs Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanında (“Əl-Nəsr”) nələr yaşadığını, orada onun üçün necə çətin olduğunu görür. Leo həmişə “Barselona”ya qayıtmaq istədiyini və bu amilin böyük əhəmiyyət daşıdığını bildirib. Qərar may ayında veriləcək. Bütün tərəflər bunu istəyir (Messi, “Barselona” və La Liqa rəhbərliyi)”.

35 yaşlı argentinalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 oyunda 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button