Qvardiola “Everton” üzərində qələbəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində “Everton”u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Çətin oyun oldu. “Everton”un gücünü hiss etdik. Səbrlə gözlədik və qələbə qazandıq. Son 4 aydakı ən çətin oyunlarımızdan birini keçirdik. Əsas olan səhv etməmək idi. Futbolçularım oyuna yaxşı köklənmişdi və çox diqqətli idilər.

Qələbə inanılmaz oldu. Futbolçularım milli komandalara yollanacaq. Onların hamısının milli komandalardan sağlam qayıtmalarını gözləyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button