MS Aqueronun əvəzinə yeni hücumçu transfer edəcək? – açıqlama

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, mövsümün sonunda komandanı tərk edəcək hücumçu Serxio Aqueronun yerinə yeni futbolçu almaqlarının çətin olduğunu deyib:

“Nələr olacağını bilmirəm, amma transfer bazarındakı qiyməti qarşılaya biləcək bir vəziyyətdə deyilik. Hər klub kimi bizim də maliyyə problemlərimiz var. Yeni mövsüm üçün hücumçu transfer etmək ehtimalımız çox azdır. Bu heyətlə yolumuza davam edə bilərik”.

“Mançester Siti” hazırda Premyer Liqada liderdir. “Şəhərlilər” uzun müddətdir komandada çıxış edən Aqueronun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button