“Mançester Siti”dən ÇL-də yeni rekord

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” buna qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalı çərçivəsində baş tutan Dortmund “Borussiya”sı ilə ilk oyunda nail olublar.

Mançester təmsilçisi qarşılaşmanın 19-cu dəqiqəsində Kevin de Breynenin vurduğu qol sayəsində hesabı açıblar. “Mançester Siti” məhz bu qolla ÇL-də yeni rekord müəyyənləşdirib. Sözügedən komanda öz qapısını toxunulmaz saxlamaq şərtilə ardıcıl ən çox qol vuran kollektivə çevrilib. De Breynenin vurduğu qol bu baxımdan 18-ci olub.

Qeyd edək ki, “Mançester Siti” bu oyundan 2:1 hesabıyla qalib ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Dortmundda keçiriləcək.