“Liverpul”un zədəlisi sıraya döndü, milliyə dəvət aldı

Futbol üzrə İngiltərə millisinin və “Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçunun artıq sıraya döndüyü və hətta İngiltərə yığmasına dəvət olunduğu diqqətə çatdırlıb. Belə ki, Cordan çiynindən zədələnən və millinin heyətindən kənarlaşdırılan “Mançester Siti”nin futbolçusu Kelvin Filipsin yerinə milliyə çağırılıb.

Cordan Henderson zədə səbəbindən “Liverpul”un son 3 matçını buraxmaq məcburiyyətində qalmışdı.

İngiltərə millisi sentyabrın 23-də İtaliya yığmasının qonağı olacaq, ayın 26-da Almaniya seçməsini qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button