“Liverpul” bir neçə ay əvvəlki komanda deyil” – Kapello

İtaliyalı mütəxəssis Fabio Kapello Çempionlar Liqasının 1/8 finalının “İnter” – “Liverpul” oyunu haqda fikirlərini bildirib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, Kapello, “Liverpul”un əvvəlki qədər güclü olmadığını deyib:

“Hazırkı “Liverpul” bir neçə ay əvvəlki komanda deyil. Baş məşqçi Yurgen Klopp bu komandanın onun ən güclü komandası olduğunu deyir? Yaxşı… Təbii ki, deyəcək, ondan başqa nə söz gözləyirsiz?

Son zamanlar “Liverpul”un qapıçısı hər matçda ən yaxşı oyunçuya çevrilir. Bu, onların necə müdafiə olunduğuna dair çox şey deyir”.

Bu gün keçiriləcək “İnter” – “Liverpul” oyunu saat 00.00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button