Klopp MS ilə oyunu boksçuların döyüşünə bənzətdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 32-ci turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyun haqda fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, alman məşqçi “Mançester Siti”ylə oyunu boksçuların döyüşünə bənzədib:

“Biz də qələbəyə layiq idik, “Mançester Siti” də. Biz də sürətli oynadıq, rəqib də. “Mançester Siti”ylə qarşılaşma iki ağır çəkili boksçunun döyüşü kimi idi. Əllərinizi yana salsaz, rəqin üzünüzə sərt bir yumruq vuracaq. Yaxşı oyun idi”.

“Mançester Siti” – “Liverpul” matçı 2:2 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button