İtaliya çempionatlarının formatı dəyişdirilir

İtaliyadakı futbol çempionatlarında reqlament dəyişikliyi ola bilər.

Komanda.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının prezidenti Qabriele Qravina ölkə mətbuatına açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, koronavirusa görə aprelin 3-dək təxirə salınan çempionatları başa çatdırmaq mümkün olmasa, yeni sistem tətbiq oluna bilər. Q.Qravina hazırkı sıralamaya əsasən, çempionluq üçün pley-off, aşağı dəstəyə düşməmək üçün isə pley-aut sisteminə keçə biləcəklərini istisna etməyib.

Qeyd edək ki, hazırda İtaliya A Seriyasında turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. 1 xal az toplayan “Latsio” isə 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button