“İnter” “Roma”nı istəyən futbolçuya “elçi düşüb”
“Vest Hem”in italiyalı hücumçusu Canluka Skamakka karyerasını ölkəsində davam etdirə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “İnter” onun transferini reallaşdırmaq istəyir. Futbolçunun özü isə “Roma”da oynamaq niyyətindədir.
Skamakka 2022/23 mövsümündə “çəkicdöyənlər”in heyətində 27 oyuna çıxıb, 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin