İbrahimoviç Ronaldonu tənqid etdi: Axmaqlıqdır


“Los Anceles Qalaksi”də forma geyinən Zlatan İbrahimoiç, “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu tənqid edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldonun İtaliya mətbuatına açıqlamasında ““Yuventus”a yeni mübarizə üçün gəlmişəm” deməsi, isveçli forvardı əsəbiləşdirib. İbrahimoviç Ronaldonun bu hərəkətini axmaqlıq adlandırıb:

“Ronaldo ancaq yeni mübarizədən danışır. “Yuventus” kimi bir kluba getmək mübarizədirmi? Mübarizə axtarırsa, gedib 2-ci liqa klubuna transfer olunsun, həmin komandanı çempion edərək, əsas liqaya qaldırsın. Dedikləri isə sadəcə, axmaqlıqdır”.

Ronaldo cari mövsümdə A Seriyasında 19 qarşılaşmada iştirak edərək, 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button