
Bundesliqa oyunu təxirə salındı
Almaniya Bundesliqasının 17-ci turunda keçirilməli olan “Hamburq” – “Bayer” oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın bu gün Bakı vaxtı ilə saat 22:30-da başlaması planlaşdırılırdı.
Lakin stadionun qar və buzla örtülməsi matçın keçirilməsinə mane olub.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı məlumat daha sonra veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



