Messi Peleyə təşəkkür etdi

“Barselona”nın futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq hücumçusu Peleyə təşəkkür edib.

Komanda.az xəbər verir ki, bununla bağlı Kataloniya təmsilçisinin kapitanı “instagram” hesabında paylaşım edib:

“Xoş sözləriniz üçün təşəkkür edirəm. Belə möhtəşəm birindən təbrik almaq gözəldir. Sizi qucaqlayıram”.

Messi “Barselona” forması ilə 643 qol vurub. Argentinalı futbolçu bir klubda ən çox qol vuran futbolçu rekordunu təzələmişdi. Əvvəlki rekord braziliyalı Peleyə aid idi. Sabiq hücumçu “Santos”da 643 qola imza atmışdı.

Pele, qol rekordunu təkrarlayan Messini bu uğuruna görə təbrik etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button