“Barselona”dan tarixi rekord

“Barselona” La Liqa tarixində yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 22-ci turda “Kadis” üzərində 2:0 hesablı qələbə qazanmaqla bunu gerçəkləşdirib.

Katalonlar cari mövsümdə keçirdikləri 22 oyunun yalnız 5-də qapılarında qol görüblər. 17 matçda qapısının toxunulmazlığını qoruyan “Barsa” “Deportivo”nun 1993/1994 mövsümündəki rekordunu yeniləyib. La-korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmayıb.

İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Bunadək mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/1987 mövsümündə “Barselona”, 1993/1994-də “Deportivo”, 2017/2018-də isə “Atletiko” bacarıb.

Hazırda 59 xalla La Liqada turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi olan “Real”ı 8 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button