İkardi Madrid klubuna keçir?

“İnter”in hücumçusu Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu “Atletiko”nun diqqət mərkəzinə düşüb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Atletiko”da Dieqo Kosta və ya Antuan Qrizmannın komandadan ayrılacağı təqdirdə, əsas hədəfin İkardi olacağı bildirilir. Madrid təmsilçisinin İkardi üçün “İnter”lə ilkin danışıqlar apardığı iddia edilir.

İkardinin transferi alınmasa, “hindular” “Ayntraxt”dan (Frankfurt) Luka Yoviç, “Napoli”dən isə Lorenso İnsinye üçün təklif göndərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button