
Mourinyo onun “Real”da qalmasını istəyir
“Real”ın hücumçusu Qonsalo Qarsiya növbəti mövsümdə də komandada qala bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo 22 yaşlı forvardın komandada saxlanılmasını istəyir. Portuqaliyalı mütəxəssis hesab edir ki, heyətdə Qarsiya ilə eyni xüsusiyyətlərə malik başqa mərkəz hücumçusu yoxdur.
Mourinyo ötən mövsüm az oyun şansı qazanan ispaniyalı futbolçunu komandada qalmağa razı salmağa çalışır.
Qarsiya 2025/26 mövsümündə 8 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



