“Azərreyl” məğlub oldu, “Abşeron” qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Murov Az Terminal” UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma UNEC-in idman zalında baş tutub. Digər görüşdə isə “Abşeron” “Gəncə”ni 3:1 hesabı ilə üstələyib.

“Azərreyl” – “Milli Aviasiya Akademiyası” matçının qalibi isə beşinci setdə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesablı qələbəyə sevinib.

Son iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button