“Mbappe və Bellingem mənim üçün dünyanın ən yaxşı oyunçularıdır” – Levandovski

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski hazırda dünyanın ən yaxşısı hesab etdiyi futbolçuların adlarını açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, polşalı forvard, Kilian Mbappe və Çud Bellingemin dünyanın ən yaxşı oyunçuları olduğunu bildirib:

“Bunu demək çətindir, çünki qarşıda AÇ-2024 və Çempionlar Liqasının həlledici oyunları var. Amma hazırda Kilian Mbappe və Çud Bellingem mənim üçün dünyanın ən yaxşı oyunçularıdır”.

25 yaşlı Mbappe bu mövsüm PSJ-nin heyətində 44 oyun keçirib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib. 20 yaşlı Bellingem “Real”dakı ilk mövsümündə 36 oyuna çıxıb, 21 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button