Koronavirusa yoluxan Ruqanidən nə xəbər var?

“Yuventus”un koronavirus pandemiyasına yoluxan futbolçusu Daniel Ruqani ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçunun meneceri Davide Torçia, Ruqaninin vəziyyəti ilə bağlı bunları deyib:

“Ruqaninin karantin vəziyyəti tezliklə başa çatacaq. Bu, yaxın bir neçə gündə baş verəcək. Onun karantində olduğu yerdən ayrılmaq icazəsinin olub-olmadığından əmin olacağıq.

O, komanda ilə hər zamankı kimi məşq edirdi, amma sonra onun temperaturu 37,4-ə yüksəldi. Növbəti gün verdiyi koronavirus testi müsbət nəticələndi, amma buna baxmayaraq, onda heç bir simptom görünmürdü. Ruqanidə virus tez aşkarlandığı üçün o, şanslı idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button