“Napoli”də ciddi itki: Mövsümü bitirdi

“Napoli” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Vlad Kirikeş zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Kirikeşin əməliyyat olunacağı və mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcəyi bildirilib.

“Napoli” A Seriyasında 35 turdan sonra 70 xalla 2-ci sırada qərarlaşıb. Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv sona 3 tur qalmış Çempionlar Liqasında iştirak etmək hüququnu təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button