Kontedən “Roma” açıqlaması

İtaliyalı mütəxəssis Antonio Konte “Roma”nı çalışdıracağıyla bağlı yayılan xəbərləri təkzib edib.

Komanda.az xəbər verir ki, Konte, İtaliya mətbuatına açıqlamasında, sözügedən iddialarla bağlı bunları deyib:

“Avropada təcrübə qazanmaq mənim üçün yaxşı oldu. Digər italyan mütəxəssislərə də məsləhət görərdim.

Qayıtmağa hazıram. “Roma”? Xeyr. Hələ ki, bu barədə düşünmürəm. Bəlkə də nə vaxtsa, ancaq hazırda bu barədə fikrim yoxdur”.

Son olaraq “Çelsi”nin “sükanı arxasında” olmuş Kontenin “Yuventus”u çalışdırmaq istədiyi iddia edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button