Ən erkən vurulan ikinci qolun müəllifi oldu
İtaliyanın “Yuventus” klubunun futbolçusu Duşan Vlahoviç UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı serbiyalı hücumçu şəxsi uğurunu İspaniyada “Vilyarreal”la 1/8 final mərhələsinin ilk oyununda (1:1) gerçəkləşdirib.
33-cü saniyədə fərqlənən Vlahoviç, turnirdəki debüt matçında ən erkən ikinci qolun müəllifi kimi tarixə düşüb.
Daha əvvəl ukraynalı Yevgeni Konoplyanka 2015-ci ildə İspaniya “Sevilya”sında çıxış edərkən, Münhenqaldbax “Borussiya”sına qarşı 84-cü dəqiqədə oyuna çıxdıqdan (3:0) 19 saniyə sonra qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin