Əmrə rəsmən “Qalatasaray”da
Türkiyə çempionu “Qalatasaray” Əmrə Morun transferini rəsmən başa çatdırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb.
Türkiyə millisinin də şərəfini qoruyan 22 yaşlı yarımmüdafiəçi İspaniyanın “Selta” klubundan bir illik icarəyə götürülüb.
“Qalatasaray” bu transferə görə İspaniya təmsilçisinə 600 min avro ödəyəcək. Əmrə özü isə qarşıdakı mövsüm ərzində 725 min avro qazanacaq.
2017-ci ildə Dortmund “Borussiya”sından “Selta”ya keçən Əmrə, son mövsümdə La Liqada 10 oyuna çıxıb. 22 yaşlı yarımmüdafiəçi Türkiyə millisində 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin