Əmrə Mor “Fənərbaxça”da
“Fənərbaxça” klubu Türkiyə millisinin və “Karagümrük”ün üzvü Əmrə Morla anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yanaşı, klubu ilə də razılıq əldə olunub.
Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.
Mor daha əvvəl Almaniyanın “Borussiya” (Dortmund), İspaniyanın “Selta”, Türkiyənin “Qalatasaray” və Yunanıstanın “Olimpiakos” klublarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin