Əliyevli “Arsenal”dan çətin qələbə

Futbol üzrə Rusiya Birinci Liqasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Nefteximik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

“Arsenal” 9 turdan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button