Zülfüqarovla İsmayılovaya növbəti beynəlxalq təyinat
Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib.
Komanda.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov və AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.
Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasında C qrupunda mübarizə aparan “Halkbank Ankara” (Türkiyə) və “Gas Sales Daiko Pyaçentsa” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da yerli vaxtla saat 20:00 “TVF Sport Complex Baskent Sports Hall”da keçiriləcək.
İsmayılova da kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. O, yanvarın 10-da B qrupunda baş tutacaq “ACH Volley” (Sloveniya) və “Trentino İtas” (İtaliya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Bizi Facebook-da izləyin