“Zirə”nin rəqibindən növbəti transfer
“Zirə”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif” (Moldova) növbəti transferini həyata keçirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladla anlaşıb.
19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin “Makkabi” (Petah-Tıkva) klubundan transfer olunub.
Komandalar arasında Moldovada baş tutan ilk görüşdə “Zirə” 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması isə iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin