“Zirə”nin futbolçusuna 1 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu İssa Cibrilanı bir oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, oyunçu “Turan Tovuz”la heç-heçə (1:1) etdikləri Premyer Liqanın 25-ci turunun matçında rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzaya məruz qalıb.

Paytaxt təmsilçisi 800 manat cərimə olunub.

“Qəbələ”nin legioneri Lukas Afriko da bir görüşdə komandasına kömək edə bilməyəcək. Müdafiəçi “Səbail”ə uduzduqları (2:3) qarşılaşmada qırmızı vərəqə görüb. “Qırmızı-qaralar” da bu səbəbdən 800 manat ödəməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button