“Zirə”dən Tanzaniya klubu ilə heç-heçə
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” sonuncu yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Tanzaniya təmsilçisi “Simba” ilə üz-üzə gəlib.
“Vonresort” otelin meydançasında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Zirəlilərin yeganə qolunu Rüstəm Əhmədzadə vurub.
“Zirə” daha əvvəl Türkiyənin “Fatih Karagümrük” komandası ilə qolsuz sülhə razılaşıb. Bakı klubu Azərbaycanın Premyer Liqasının I turunda “Qarabağ”ın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin