“Zirə”də 25-ci ölkə təmsilçisi
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə qarşılaşmasında (0:0) Robin Nqalande “Zirə”nin heyətində debüt edib.
Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilk dəfə rəsmi matçda “qartallar”ın formasını geyinib. Zirə İdman Kompleksinin stadionundakı oyuna qədər “Zirə”nin heyətində 68 futbolçu Premyer Liqa görüşünə çıxmışdı. Malavili futbolçu bu siyahıda 69-cu olub.
Robin “Zirə”nin Premyer Liqa tarixində 34-cü legioneridir. Digər 35 oyunçu Azərbaycan təmsilçiləridir. Nqalande legionerlər siyahısında ilk Malavi təmsilçisi olub.
Bunadək, “Zirə”nin formasını 24 ölkədən gələn legionerlər geyinmişdisə, Malavi siyahıda 25-ci olub. Serbiya, Fransa, Nigeriya hərəsindən 3, Braziliya, Paraqvay və Rumıniyanın hərəsindən 2 futbolçunun oynadığı “Zirə”də Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukraynadan bir legioner çıxış edib.
Bizi Facebook-da izləyin