“Zirə” “Sabah” üçün başladı

Antalyada keçirilən təlim-məşq toplanışından sonra Bakıya qayıdan “Zirə” bir günlük fasilədən sonra məşqlərini bərpa edib.

Komanda.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı kollektiv Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la oyunun hazırlığına start verib.

“Zirə” – “Sabah” matçı fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Bu oyuna saat 15:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button