“Zirə”dən ayrılan futbolçu 2-ci liqa klubunda

“Zirə” ilə yollarını ayıran Anastasios Papazoqlu karyerasını ölkəsində – Yunanıstanda davam etdirəcək. 

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 2-ci liqa təmsilçisi “Ksanti”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anastasiosla imzalanan müqavilənin detalları məlum deyil.

Yunanıstanlı müdafiəçi 2019/20 mövsümünü “Zirə”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button