“Zirə” hazırlığa start verdi

Qış fasiləsinə yekun vuran “Zirə” bu gündən etibarən mövsümün qalan hissəsi üçün hazırlığa start verib.

Komanda.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı kollektiv Bakıda bir araya gəlib.

“Qartallar” ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək. Ayın 8-də isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Qəsəbə təmsilçisi burada “İC Santai” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq.

“Qartallar” yanvarın 22-də Bakıya dönəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button