“Zirə”nin legioneri 100-ə çatdı – İlkə imza atdı
“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın 25-ci turunda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib.
29 yaşlı arxa xətt oyunçusu 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. Çantakias çıxış etdiyi 100 oyunda ümumilikdə 6 qol vurub.
Dmitrios Çantakias 2020/2021 mövsümündən “Zirə”nin formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin