“Zirə”nin futbolçusu: “Yalan danışmayacam, burda maliyyə şərtləri də yaxşı idi”

“Zirə”nin futbolçusu Loris Broqno Belçika mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, Azərbaycan klubuna keçidi haqda danışıb:

“Bu yay transfer dövründə İsrail, Rumıniya, Niderland, Səudiyyə Ərəbistanı kimi ölkələrdən təkliflər var. Düzgün olanı seçməliydim. Ailəmlə birlikdə düşündük və seçimim “Zirə” oldu. Yalan danışmayacam, burda maliyyə şərtləri də yaxşı idi. Amma Səudiyyə Ərəbistanına getsəydim, daha çox qazanardım. Digər tərəfdən, Belçika klublarının konkret təkliflə müraciət etməməsi məni məyus etdi”.

Loris “Zirə” ilə 2 illik müqavilə imzalayıb. O, qəsəbə təmsilçisi ilə Azərbaycan Premyer Liqasında 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button