“Zirə”də yeni rekordçu
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la bu gün keçirilən oyunu (4:0) “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.
Komanda.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixinə ən gənc futbolçu kimi düşüb.
2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.
Cəlal komandasının sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilən Birinci Divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin