“Zirə” legioneri ilə yollarını ayırdı – rəsmi
“Zirə” klubu Kayo Rangel da Silva ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kayo bu yay “Zirə”yə keçmişdi. 24 yaşlı hücumçu “qartallar”la 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin