“Zirə” – “Dunayska Streda”: Mətbuat konfranslarının vaxtı açıqlanıb

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Dunayska Streda” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də, saat 18:00-da “Dalğa Arena”da jurnalistlərin suallarını cavablandıracaq.

Bakı klubunun media üçün açıq məşqi isə “Qarabağ Arena”da, saat 19:00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da “Dalğa Arena”da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button