
“Zirə”nin legioneri milliyə çağırıldı
“Zirə”nin üzvü Robin Nqalande milli komandaya dəvət alıb.
Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, malavili futbolçu ölkəsinin millisinin noyabrın 13-də Cənubi Sudan, 19-da isə Uqandaya qarşı keçirəcəyi Afrika Millətlər Kubokunun təsnifat oyunu üçün yığmaya çağırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin