“Zirə”nin legioneri rekordçu olub
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə yalnız üç qapıçı 10 və daha çox oyunda qapısını toxunulmaz saxlayıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Zirə”nin legioneri Tiaqo Silva rekordçu olub.
Portuqaliyalı qolkiper mövsüm ərzində hamıdan çox “quru oyun” keçirib. O, meydana çıxdığı 35 matçın 17-də qapısını toxunulmaz saxlayıb.
“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov ikinci olub. Onun hesabında 13 “quru oyun” var.
İlk üçlüyü Aydın Bayramov qapayıb. O, 10 görüşü qol buraxmadan keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin