“Zirə”dən Türkiyədə üçüncü heç-heçə

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda üçüncü sınaq matçında yerli “Kocaelispor”la üz-üzə gəlib.

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında təşkil olunan qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.

Xatırladaq ki, “Zirə” daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin “Fatih Karagümrük” komandası ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə isə 1:1 hesablı heç-heçə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button